KepezTV Player
Şamaxı rayonunda 4 yaşlı uşaq yanıb. Hadisə şəhərin M.Ə.Rəsulzadə 2 ünvanında qeydə alınıb.Şamaxı şəhər sakini, 4 yaşlı Mələk Səlimovanın üzərinə qaynar çaydan aşıb. Nəticədə azyaşlı ağır yanıq xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.Xəstəxanadan verilən məlumata görə, körpənin hər iki ayağının aşağı ətrafı və pəncəsi 2-3-cü dərəcəli termiki yanıq xəsarətləri alıb.Hazırda onun vəziyyəti kafidir.
- Baxış: 706