• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 868
— 23.04.2018 13:34

İki oğurluq faktının üstü açıldı

KepezTV Player

21 apreldə Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə ərazidəki evlərdən birindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı müraciət daxil olub. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Biləsuvar rayonu Səmədabad kəndində yaşayan Baloğlan Haqverdiyev olduğu müəyyən edilib. O saxlanılaraq istintaqa təhvil verilib. Oğurladığı qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb. 22 apreldə isə Biləsuvarın Əsgərabad kənd sakini Rövşən Səfərov DİN-in “102” xidməti-zəng mərkəzinə zəng vuraraq bildirib ki, ərazidəki otlaq sahəsindən ona məxsus 3 ədəd xırdabuynuzlu heyvan oğurlanıb. Elə həmin gün oğurluğu törətmiş şəxsin Biləsuvarın Dərvişli kənd sakini Mahir Rüstəmli olduğu müəyyən edilib. Həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib. Oğurladığı heyvanlar sahibinə təhvil verilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.