Göygöl rayonunda Bakı şəhər sakini yıxılaraq ağır xəsarət alıb. Rayonda usta işləyən Bakı şəhər sakini 51 yaşlı Fazil İbrahimov işlədiyi yerdə ehtiyatsızlıq nəticəsində yıxılıb. Müxtəlif bədən xəsarətləri alan Fazil İbrahimov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxasının travmatologiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Zabit Vəliyev həkim – “Hər iki baldır sümüklərinin açıq qəlpəli yerdəyişmiş sınıqları yaranıb. Xəstə yardım göstərilib, açıq sınıqlar qapalı sınıqlara keçirilib. Hzırda şöbəmizə yerləşdirilib. Müalicəsi davam etdirilir”.
Elnur Vahidoğlu
- Baxış: 876