Xüsusilə ağartı məhsulları və ət satışı aparılan ticarət yerləri diqqət mərkəzində olub. Şəhər baytarlıq idarəsinin əməkdaşlarının profilaktik tədbirlər planına uyğun olaraq apardığı qabaqlayıcı işlər havalar istindikcə ay ərzində 2-3 dəfə həyata keçiriləcək. Bununla yanaşı şəhər ərazisində saxlanılan ev heyvanları və quşlar da baytarlıq nəzarətindən keçirilib. İri və xırda buynuzlu heyvanlar dabaq, ev quşları isə Nyukasl xəstəliyinə qarşı peyvənd olunub. Aparılan profilaktik tədbirlən nəticəsində şəhərdə epizootik vəziyyət sabitdir.
Bayandur Rzayev - Gəncə Şəhər Baytarlıq İdarəsinin rəisi: Gəncə şəhəri bildiyiniz kimi regionun mərkəzi sayılır. Ətraf rayonlardan heyvan mənşəli məhsulların satışının hamısı demək olar ki, Gəncə şəhərində həyata keçirilir. Dezinfeksiya işlərinin aparılmasında məqsəd odur ki, şəhərə hər hansı bir təsərrüfatdan gələn infeksion xəstəlik başqa təsərrüfata keçməsin. Eyni zamanda gətirilən heyvan mənşəli bütün məhsullar labaratoriyamız tərəfindən müayinədən keçirilir, sağlamlığına tam əmin olduqdan sonra satışına icazə verilir.
- Baxış: 1208