• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 960
— 18.04.2018 11:02

2 yerlik Mercedes C-Classı 1,5 litrlik hibrid motorluya çevirdilər

Mercedes-Benz şirkəti sedan və universalın ardınca C-Class kupe və kabrioletini nümayiş elətdirib. Modellər yeni orta göstəricili hibrid güc sistemi, rəqəmsal alətlər paneli və flaqman S-Classdan mənimsənilmiş köməkçi təhlükəsizlik sistemləri əldə edib. Yenilənmiş C-Class 1,5 litrlik 184 at güclü benzin motora yiyələnib. Mühərrik EQ Boost starter-generatoru və 48 voltluq batareya ilə komplektləşdirilir. İntensiv yerindən sürət götürmə zamanı bu sistem qısa zamanda 14 at gücü yığmaq iqtidarındadır. Hibrid sistem bununla yanaşı yavaşlama enerjisini bərpa edə, həmçinin motoru transmissiyadan ayıra və səssiz edə bilir. İlk yüzü yığmaq üçün maşına 7,9 saniyə kifayətdir. Maksimal sürətsə 289 km/saaat təşkil edir. Təchizat siyahısının ən önəmliləri 12,3 düymklük rəqəmsal alətlər paneli və 10,25 düymlük ekr