Şəkidə 54 yaşlı sürücü sükan arxasında ölüb. Hadisə Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral yolunun Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verib. Gədəbəy sakini Etibar Abdullayev Şəkidən Gədəbəyə gedərkən sükan arxasında özünü pis hiss edib. Bunu görən ailə üzvləri əraziyə Şəki Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinin həkim briqadasını çağırıblar. Tibb işçiləri hadisə yerinə çatana kimi Etibar Abdullayev keçinib. İlkin müayinə zamanı onun ürək tutmasından öldüyü aşkara çıxıb. Gədəbəy rayonunun Xar-xar kəndində bədbəxt hadisə yaşanıb. 3 yaşlı oğlan uşağı boğazında qalan meyvə çəyirdəyindən boğaraq ölüb. Sumqayıtda isə üzərinə qaynar su tökülən 1-ci sinif şagirdi yanıq xəsarəti alıb. Hadisə şəhərin İnşaatçılar qəsəbəsində baş verib. 7 yaşlı Əli Rüstəmov ehtiyatsızlıq nəticəsində ağır yanıq xəsarətləri alıb. Azyaşlı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
- Baxış: 1498