Yerli pambıqla xaricdən intraduksiya olunmuş sortlar müqaisəli şəkildə becəriləcək. Bu məqsədlə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə Azərbaycan Dövlət Aqrar Universitetinin mütəxəssisləri xüsusi ayrılmış təcrübə sahəsində səpin aparıblar.
Elçin Xəlilov - Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor müavini: “Hazırda Respublikaya çoxlu xarici sortlar gətirilir. Onların potensial imkanları dəqiqləşdirilmədən fermer təsərrüfatlarında tədbiq olunur”
Tariel Mahmudov - Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Genetika şöbəsinin müdiri: “Lakin mənə elə gəlir ki, yerli sortlara daha çox üstünlük vermək lazımdır. Çünki yerli sortlar tez yetişəndir. Onların artıq sentyabr-oktyabr aylarında vegetasiya müddəti tamami ilə başa çatır”.
Təcrübə sahəsinə yerli “Gəncə 110” sortu ilə xaricdən gətirilmiş “Bəyaz”, “Progen”, “Karlo” və “Flaş” sortlarının səpini aparılıb. Lazımi aqrotexniki tədbirlər həyata keçirilməklə müxtəlif sort liflərin texnoloji xüsussiyyətləri, xəstəlik və zərərvericilərə davamlılığı, o cümlədən məhsuldarlığı öyrəniləcək.
Elçin Xəlilov - Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor müavini: “Yerli sortların xaricdən gətirilmiş sortlarla müqaisəli şəkildə potensial imkanları dəqiqləşdiriləcək, yerli sortların müsbət xüsusiyyətləri öyrənildikdən sonra fermer təsərrüfatlarına təklif olunacaq”.
Nizami Seyidəliyev – ADAU-nun prorektoru: “Fermerlər, pambıqçılıqla məşğul olan təsərrüfat sahibləri bilsinlər ki, hansı sort Azərbaycanın yerli iqlim şəraitində üstünlük təşkil edir. Yəni hansı sort daha qısa vegetasiya müddətinə sahibdir, daha tez yetişir, daha yüksək məhsul verir, lifinin texnoloji göstəricilərin yüksəkdir və sair”.
Prosesdə tələbə və doktorantların iştirakı isə təcrübənin daha dərindən aparılması və daha yaxşı mənimsənməsinə xidmət edir.
Lalə Hüseynova - Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun doktorantı: “Biz bu yerli sortlara xəstəlik və zərərvericilərin nə dərəcədə zərər verdiyini yoxlamışıq. İndi yenicə intraduksiya olunmuş Türkiyə mənşəli sortlarda da, aqrometeoroloji şəraitdən asılı olaraq, meydana çıxıb-çıxmayacağını yoxlayacağıq və lazım gələrsə biopreparatlardan da, mikrobioloji preparatlardan da istifadə edəcəyik”.
Nərmin Verdiyeva – ADAU-nun tələbəsi: “Biz nəzəri hissələri dərslərdə, praktiki hissələri isə bu sahələrdə öyrənirik. Bununla biz yaxşı bir mütəxəsis ola bilərik. Yaxşı bir aqronom olmaq üçün sahədə yetişmək lazımdır”.
Aparılan təcrübə yekun nəticə etibarı ilə sahələrdən vahid saydan yüksək məhsulunun yığılmasa nail olmaq məqsədi daşıyır.
- Baxış: 1498