• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1570
— 13.04.2018 13:29

Quldurluq edən şəxslər yaxalandılar

KepezTV Player

Kafeyə gəlib sifarişini qəbul etmək yerinə başqalarının cibinə göz dikdi. Elə orada da cibində pul olan bir şəxsi izləyib başqasının hesabına pul qazanmaq fikrinə düşdü. Ancaq əvvəllər də azadlıqdan məhrum olan şəxsin bu planı baş tutmadı. Həm əldə etdiklərindən oldu, həm də azadlığından. Özü ilə bərabər bu işə cəlb etdiyi şəxslər də onun aqibətini yaşadılar. Təfərrüatları izləyək.

Bakı şəhər sakini Taleh Həşimov Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verərək aprelin 4-də paytaxtın Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, yeni yaşayış massivində yaşadığı evə gedən zaman 3 nəfər naməlum şəxsin onun qarşısını kəsərək döydüyünü və cibində olan 3000 manat pulun onlar tərəfindən ələ keçirildiyini bildirib. Məlumat Sabunçu Rayon Polis İdarəsinə ötürülən kimi dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat–axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Ceyhun İsmayılov, Murad Əliyev və əvvəllər məhkum olunmuş Həmid Allahverdiyev saxlanılıb. İlkin ifadələri zamanı onlar törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçu RPİ-yə müraciət edə bilərlər.