Böyük Britaniyada sahibinin əlindən alınmış Ferrari 458 Spider superkarını göz görə-görə məhv ediblər. Videogörüntüləri maşının keçmiş yiyəsi Zahid Xan öz Facebook səhifəsində paylaşıb. Polislər avtomobilin oğurluq olduğunu güman ediblər, daha sonra onun ictimai yollar üçün yararsız olduğuna qərar veriblər. Zahid Xan isə bildirib ki, məhz o, maşının qanuni sahibidir və onu heç kim oğurlamayıb. Xanın sözlərinə görə, avtomobil düzgün şəkildə sığorta olunub, polislər isə məhkəmə işi barədə ona hər hansı bildiriş göndərməyiblər və xəbər vermədən avtomobili məhv ediblər.
- Baxış: 662