Gəncədə Dövlət Yol Polis Şöbəsi tərəfindən yol hərəkəti təhlükəsizliyi qaydalarını təmin etmək məqsədilə məktəblilərlə görüş olub. Yol hərəkətinin iştirakşısı olan yeniyetmələrə yeraltı və yerüstü piyada keçidlərindən düzgün istifadə, həmçinin yol qovşaqlarından keçərkən təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi, işıqforun "yolu keçmək olar" nişanına əməl etməyin vacibliyi diqqətə çatdırılıb. Bu cür maararifləndirici yığıncaqların mütəmadi olaraq keçirilməsi nəticəsində qəza hallarının qarşısının xeyli azaldığı vurğulanıb.
Tədbirdən sonra şagirdlərə deyilənlər əyani şəkildə göstərilib. Yolu təhlükəsiz keçmə qaydaları praktik icra edilib. Məktəblilər polisin müşayiəti ilə piyadalar üçün nəzərdə tutulmuş hərəkət zolağından keçiblər və bu zaman əməl edilməli olan qaydalar onlara nümayiş etdirilib.
- Baxış: 1168