KepezTV Player
Aprelin 3-də Beyləqan şəhərində yaşayan 39 yaşlı Ramilə Əsədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı mənzildə tapılması barədə daxil olmuş məlumatla əlaqədar Beyləqan Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov tutulub.Faktla bağlı cinayət işi başlanılıb.
- Baxış: 992