• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1977
— 06.04.2018 11:01

4 ton yükü qaldıra bilən mini robot yaradıldı

ABŞ-ın Trailer Valet şirkəti RVR adlanan mini robotunu təqdim edib. Cəmi 44 kiloqram çəkisi olan kiçik cihaz 4 tona qədər həcmdə yükləri qaldırmaq imkanına malikdir. Robot enerji ilə doldurulmadan 30 dəqiqə işləyə bilir. Onun maksimal komplektasiyası alıcıya 4 min dollara başa gələcək. RVR robotları distant olaraq idarə olunur. Şirkət iddia edir ki, balaca zəhmətkeş nəhəng həcmli treyleri cəmi bir düyməni sıxmaqla bir yerdən digər yerə keçirə biləcək. Ağır tırtıllar RVR-ə asfalt, qravium, ot və palçıq kimi müxtəlif örtükləri keçməyə imkan verir. Qeyd edək ki, NASA Marsın üzərində tədqiqat aparacaq miniatür robotlar yaratmaq niyyətindədir. Belə ki, ölçüsünə görə adi arıdan böyük olmayan cihaz kiçik qanadlarla və təhlil etmək qabiliyyətində olan xüsusi sensorlarla təchiz olunacaq.