KepezTV Player
Xocalı polisi əməliyyat-axtarış tədbirləri ilə Goranboy rayonu Ağcakənd qəsəbəsi ərazisində silah-sursat aşkar edib. İçərisində RQD-5, F-1 əl qumbaraları və alışdırıcılarının, müxtəlif çaplı patronların, avtomat darağının, kustar üsulla hazırlanan tapançanın da olduğu silah-sursat torpağa basdırılıbmış, üzəri isə daşla örtülübmüş. Tapıntıların ötən əsrin 90-ci illərinin əvvəlindən, Qarabağ müharibəsi zamanından qaldığı ehtimal olunur. Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
- Baxış: 1151