• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 823
— 05.04.2018 18:50

Göygöl rayonunda 70 kiloqramdan çox partlayıcı maddə aşkarlanıb

KepezTV Player

Bu gün saat 12:04-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində partlayıcı maddənin tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib. Məişət tullantıları sahəsinə baxış keçirilib, operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 34 polietilen və 3 karton bağlamada ümumi çəkisi 73 kq olan partlayıcı maddə aşkar olunub. Maddə zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.