Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, "Samuray" ləqəbli, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan, 45 yaşlı Həmid Axundov saxlanılıb. Onun üzərindən 64 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bundan başqa, Axundovun Zülfi Hacıyev küçəsində yerləşən evindən idman çantasının içərisində saxladığı 1565 qram qurudulmuş marixuna, bir ədəd AK-74 modelli avtomat, həmin odlu silaha aid 30 ədəd 5.45 kalibrli patronların olduğu sandıqça aşkar olunub. Həmid Axundovun barəsində qanunsuz olaraq narkotik vasitə və odlu silah saxlaması faktları üzrə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 234 və 228-ci maddələri ilə cinayət işi başlanıb. Kəpəz Rayon Məhkəməsinin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.
- Baxış: 1403