KepezTV Player
Bakı şəhər Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs yaxalanıb. Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Anar Əkbərov saxlanılaraq polis şöbəsinə gətirilib. Şöbədə onun əlindəki çantaya baxış zamanı külli narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Baxış: 1041