• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 738
— 28.03.2018 14:29

6 ilə yaxındır təmirə dayanan Şah Abbas və Uğurluxan Karvansaraylarında işlər bərpa olunub

KepezTV Player

Memrlıq incilərindən sayılan bu iki qədimi abidə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə tarxiliyi və qədimliyi qorunaraq yenilənir.

Elnur Həsənov - AMEA Gəncə bölməsinin əməkdaşı: “Azərbaycan və Gəncə memarlıq məktəbinin əyani göstəricisi, möhtəşəm memarlıq abidəsindən biri də 17-ci əsrin əvvəllərində inşa edilmiş Şah Abbas Karvansarayıdır. Digəri isə Gəncə memarlıq üslubunun ən nəfis xüsusiyyətlərini özündə əks etdirən Uğurluxan Karvansarasıdır. Əlbəttə ikinci karvansara 18-ci əsrin sonlarında inşa edilmişdi. Amma hər ikisi bu günə qədər qorunub saxlanılmışdı”.

Ümumi ərazisi 7 min kv metr olan bu iki tarxi abidə dövrünün görkəmli alim və memarı Şeyx Bahəddin tərəfindən inşa edilib.  İki mərtəbəli və 92 otağı olan Şah Abbas karvansarayının girişi və fasadında qəzalı vəziyyətdə olan yerlər, eləcə də daxili divarlar restavrasiya olunub, dam örütüyü 90 min kirəmitdən istifadə olunaraq dəyişdirilib. Hazırda tikilinin dəhlizlərinə kərpic döşənir, istilik və işıq sistemi çəkilir.

Şakir Əliyev - sahə rəisi:  Bütün qapılar, pəncərələr hətta dam örtüyünə qədər bərk lifli taxtalardan hazırılanıb. Bunların hamısı nəzərə alınıb ki, müasir materiladan yox qədim tipə uyğun materialdan işlənsin. Şərq karvansaralarına xas olan bütün otaqların isdilməsi üçün ocaqlar, şamdan yerləri, rəflər, şkaf yerlərinin hamısı qorunub öz əvvəlki vəziyyətində bərpa olunub saxlanılıb. O dövr üçün yeraltı isitmə sistemi olub. Onun ocaqxanasını muzey kimi bərpa etmişik saxlayırıq”.

Karvansarayların təmirində 1 milyon 200 minə yaxın kərpicdən istifadə edilib.  Hazırda Uğurluxan karvansarayının da birinci mərtəbəsində restavrasiya işləri başa çatıb və abidənin ikinci mərtəbəsi mütəxəsislər tərəfindən layihəyə uyğun qədimliyi qorunaraq tikilir. Karvansarayların bir-birinə 4 daxili, 3 xarici girişi var. İlin sonuna kimi işlər yekunlaşdıqdan sonra karvansarayların otel kimi fəaliyyət göstərəcəyi planlaşdırılır.

 

Elnur Vahidoğlu