• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2217
— 27.03.2018 14:24

Silsilə oğurluqlar etdilər

KepezTV Player

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 7-dən cari il martın 10-dək olan müddətdə Gəncədə silsilə oğurluqlar törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Xəlil Yusibov və Ramil Xasanov saxlanılıblar. Onlar 2 avtomobildən akkumulyator, maqnitofon və səsgücləndirici, 1 limonad sexindən su mühərriki, 1 mağazadan pul, 8 evdən və həyətyanı sahələrdən pul, su sayğacı, su mühərriki, inşaat materialları, təmir-tikinti alətləri, geyim və məişət əşyaları götürməkdə təqsirləndirilirlər.