Biləsuvar Rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxslər saxlanılıblar. Hüquq mühafizə orqanı işçilərinə Biləsuvar Poçt filialının Ağalıkənd şöbəsindən içərisində pul və sənədlər olan seyfin oğurlanması ilə bağlı şikayət daxil olub. Əməliyyat tədbirləri ilə oğurluğu törədən şəxslərin Biləsuvar sakinləri İkram Quluzadə və İsrafil Bayramov olduqları müəyyən edilib və onlar yaxalanaraq istintaqa təhvil veriliblər. Araşdırmalarla şəxslərin həmin gün Ağalıkənd kəndində Zaur Məmmədova məxsus mağazadan 200 manat nağd pul, siqaret və danışıq kartları oğurladıqları da üzə çıxıb. Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyatla qonşusunun evindən məişət əşyalarını oğurlayan Xırmandalı kənd sakini Astan Əzizov saxlanılıb. O, törətdiyi əməli etiraf edib. Faktlarla bağlı cinayət işi başlanıb.
- Baxış: 576