• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1278
— 27.03.2018 14:21

İnamından sui-istifadə etdi

KepezTV Player

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinə müraciət edən Şirvan şəhər sakini Rəsul Mehdiyev sosial şəbəkədə onun videolarını paylaşan səhifənin istifadəçisi ilə tanış olduğunu və onunla görüşən zaman mobil telefonun həmin şəxs tərəfindən oğurlandığını bildirib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs, Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Ramin İsmayılov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib. Polis əməkdaşları İsmayılovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsi, eləcə də 18-ci Polis Bölməsinə müraciət edə bilərlər.