• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2216
— 27.03.2018 14:13

Soyuq silaha əl atanlar qan tökdülər

KepezTV Player

Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib. Salyan sakini, 33 yaşlı Nurlan Nəcəfov Mirqasımov küçəsində restoranda müştəri kimi əyləşərkən qonşuluğunda yaşayan şəxs onu çölə çağırıb. O, Nəcəfovun boğazını bıçaqla kəsib. Çoxlu qan itirən yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırlıb. Əməliyyat edilən kişinin vəziyyəti ağırdır.

Qaradağ rayonu Lökbatan qəsəbəsində də bıçaqlanma hadisə olub. Bazarda satıcı işləyən 50 yaşlı Zahid Qafarov tanımadığı şəxslə əlbəyaxa dava edib. Nəticədə kürəyinin sol tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Polis faktlarla bağlı açılan cinayət işi üzrə araşdırmaları davam etdirir.