• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 738
— 26.03.2018 14:47

Polis əməkdaşlarının seçkidə iştirakı Gəncədə müzakirə olunub

KepezTV Player

Gəncə şəhərində  Respublika  Daxili İşlər Nazirliyi  və  Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə   2018-ci il aprelin 11-nə təyin edilən Azərbaycan Respublikası  Prezidentinin seçkilərində polisin  xidməti fəaliyyətinin daha da təkmlləşdrilməsinə həsr  olunmuş seminar-müşavrə keçirilib. Tədbirdə qərb bölgəsi  üzrə ümumilikdə 24 şəhər və  rayon   polis şöbələrinin əməkdaşları,  bu rayonlarda fəaliyyət  göstərən  33  dairə seçki komissyasının sədrləri iştirak ediblər.

Daxili işlər orqanlarının qarşısında duran vəzifələrin şəxsi heyət tərəfindən dərindən mənimsənilməsi, bu sahədə maarifləndirmə işinin və müvafiq qanunvericilik aktlarına uyğun fəaliyyətin həyata keçirilməsi məqsədilə seminar-müşavirədə  çıxış edən Azərbaycan Respublikasının  insan Hüquqları üzrə Müvəkkili Elmra Süleymanova  Azərbaycanda seçki hüququnun təmini sahəsində   həyata keçirilən islahatlar,  Müvəkkilin seçki hüquqları istiqamətində MSK ilə  səmərəli əməkdaşlığı  barədə ətraflı məlumat verib. Qeyd olunub ki,  müşahidələrin aparılması prinsipləri və qaydaları, seçki komissiyalarının səlahiyyətləri və   polis əməkdaşlarının  seçkidə  iştrakı  məsələlərinə toxunub.       

Elmra Süleymanova   - Azərbaycan Respublikasının  insan Hüquqları üzrə Müvəkkili: “Artıq bilirsiz ki, 8 namizədqeydiyyatdan keçib. Hazırda təbliğat və təşviqatın aparılması üçün vaxt ayrılıb. Deyə bilərm ki, hər bir namziəd üçün eyni şərait yaradılıbdır.”

Seminar-müşavrədə  Mərkəzi Seçki Komissyasının üzvü  Tofq Hüseynov  Seçki qanunvericiliy, seçki sistemi,  seçki komissiyaları  sistemi, səsvermə prosesi, onun mərhələlər və müddətləri, seçki komissiyaları və polis  orqanlarının  birgə fəaliyyətinin əsasları haqqında məruzə  edib.

Tofq Həsənov - MSK-nın üzvü: “Seçkilərdə polisin maarifləndirilməsi ilə bağlı geniş tədbirlər həyata keçirilir. Seçki komiisyaları və polis orqanlarını birgə fəaliyyətinin nəticəsidir ki, içtimai asayişin tam qorunması sahəsində, o çümlədən seçki hərəkətlərini yerinə yetirilməsi bağlı demək olar ki, heç bir şikayyə olmur və ya edilən şikayyətlər öz əsasını tapmır.”

Tədbirdə  DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin  məsul əməkdaşı Hamlet  Hümmətəliyev  seçki kampaniyası dövründə və seçkinin keçirildiyi gün  içtimai təhlükəsizliyin  təmin edilməsi   ilə bağlı  polis əməkdaşlarının  hüquq və vəzifələri  barədə  danışdı. Səsvermədən sonrakı dövrdə  seçki bülletenlərinin və digər  seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı  təhlükəsizlik tədbirlərinin görülməsinin əhəmiyyətini  xüsusi vurğuladı.Seminar-müşavirədə  seçki subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilənin yolverilməzliyi məsələlərinə də toxunuldu.       Qeyd olundu  ki, seçki kampaniyası ilə əlaqədar dairə və məntəqə seçki komissiyaları nümayəndələrinin polisin fəaliyyəti ilə bağlı qaldırdıqları bütün məsələlər operativ qaydada həll olunacaq,   seçki günü polis əməkdaşlarının seçki məntəqəsinə yalnız xüsusi geyim formasında və məntəqə seçki komissiyasının qərarına əsasən ictimai qaydanın bərpa edilməsi  məqsədilə gəlməsinə icazə veriləcək,  seçki kampaniyası zamanı və onun normal keçirilməsinə maneçilik törətmək istəyən pozucu qüvvələrin niyyətlərinin vaxtında müəyyənləşdirilib qarşısının alınması üçün əməliyyat–profilaktik tədbirlər həyata keçiriləcək.Müşavirə  iştirakçıları   seçki qanunvericiliyi, seçki sistemi, seçki komissiyaları sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri,  seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları və seçki prosesi iştirakçılarının hüquqlarının qorunması sahəsində ümumi tədbirlər  barədə  məlumatlandırılıb. Seminar-müşavirənin sonunda iştirakçıları maraqlandıran  suallar   cavablandırılıb və onlara  polis əməkdaşlarının  seçkidə iştirakına dair yaddaş kitabçası  paylanılıb.