KepezTV Player
Bakıda bir ay əvvəl törədilən qətlin üstü açılıb. Fevralın 18-i Sabunçu qəsəbəsi sakini 62 yaşlı Tariyel Həmzəyev kəllə-beyin travması ilə xəstəxanaya gətirilib və izahatında yıxıldığını bildirib. Martın 21-də Həmzəyev dünyasını dəyişib. Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla kişinin fevralın 16-da Sabunçu qəsəbəsi ərazisində yerləşən kafedə həmyerlisi 27 yaşlı Emin Ramazanovla mübahisə etdiyi, gəncin onun baş nahiyəsinə butulka ilə xəsarət yetirdiyi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Emin Ramazanov saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
- Baxış: 1195