KepezTV Player
Gəncə Dövlət Universitetində “Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçilik, müasir düşüncə, mənəvi varislik” mövzusunda konfrans keçirilib. Dövlətçilik tarixində xüsusi yeri olan Gəncədə bu mövzuda konfransın keçirilməsinin əhəmiyyətinə toxunulub. Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan Gəncədə Azərbaycan dilinin dövlət dili elan olunması, ilk dəfə Dövlət bayrağının ucaldılması, şəhərinin tarixi adının özünə qaytarılması, taleyüklü qərarların qəbul edilməsi, ən əsası isə, məhz Gəncədə milli Ordunun təşkili xüsusi vurğulanıb. Bu gün də cümhuriyyət ideyalarının yaşamasına və təbliğinə böyük önəm verildiyinə diqət çəkən natiqlər cümhuriyyətin 100 illiyinin ölkə səviyyəsində qeyd edilməsi tarixi hadisə kimi dəyərləndiriblər.
- Baxış: 523