Bu günə xəbərlərin oxunma sayı: 666
—
13.03.2018 16:31
Gəncədə 5 mart bədən tərbiyəsi və idman gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində cüdo yarışı keçirilib
KepezTV Player
Birincilik 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi tərəfindən təşkil olunub. Açılış mərasimində cüdonun Gəncədə son dövrlər gənc nəsil arasında daha da populyarlaşdığı və bunun bölmələrə yazılan idmançı sayında özünü büruzə verdiyi vurğulanıb. Açıq birincilikdə Nizami yurdunun təmsilçiləriylə yanaşı Naftalan, Goranboy, Göygöl və Şəmkir idmançıları da iştirak edib. 2006-2008-ci il təvəllüdlü cüdoçuların mübarizəsində 100-dən çox tatami ustası qüvvəsini sınayıb. Yarışın sonunda mükafatçı yerləri tutanlar diplom və medalla təltif olunub.
Orxan Cəfərzadə
- Baxış: 969
