KepezTV Player
Şəmkir rayonunda nəvə babasının evindən oğurluq edib. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayon ərazisindəki evlərin birindən 12000 manat və 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi saxlanılıb. Biləsuvar rayonunda da evdən pul və qızıl əşyalar oğurlanıb. Hadisə rayonun Əmənkənd kəndində baş verib. Belə ki, naməlum şəxs və ya şəxlər kənd sakini, 37 yaşlı Nazim Qədimova məxsus fərdi yaşayış evinə girərək oradan 2800 manat nağd pul və külli miqdarda qızıl-zinət əşyaları oğurlayıblar. Hadisə barədə Biləsuvar Rayon Polis Şöbəsinə məlumat verilib. Faktlarla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 1130