• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1258
— 12.03.2018 11:02

BMW-dən iVision Dynamics elektrokonsepti

BMW ötən il Frankfurt avtoşousunda göstərdiyi iVision Dynamics modelini istehsal etməyə hazır olduğunu bəyan edib. Maşının istehsal versiyası i4 adını alacaq və Münhendə yığılacaq. BMW iVision Dynamics prototipi elektrik güc sistemi ilə təchiz olunub. Amma xarakteristikası açıqlanmır. Bir dəfəyə konsept-kar 600 kilometr məsafə gedə bilir. Onun maksimal sürəti 200 km/saat təşkil edir. Ilk 100-ü yığmaq üçün isə 4 saniyə lazımdır. BMW iVision Dynamics klassik radiator barmaqlığından məhrum olub. Ön hissədəki elementlərin əksəriyyəti sensor rolunu oynayır və firma stilinə uyğunlaşdırılıb.