• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1269
— 09.03.2018 11:02

Samsung holoqrfaik virtual köməkçisini göstərdi

Cənubi Koreyanın Samsung şirkəti C-Lab laboratoriya əməkdaşları ilə birgə yeni əl işini göstərib. Bu, virtual ev köməkçi holoqramdır. Aurora adını alan sistem mobil proqram, həmçinin evdə olarkən smartfonu yerləşdirmək üçün xüsusi cihazla təmin olunub. Bu zaman aparat həmin cihazda enerji yığır, qeyri-adi dok-stansiyanın içərisində isə humanoid köməkçisi göstərilən psevdoholoqrama peyda olur. Aurora istifadəçinin müxətlif tələblərini anlayır, dialoq qurur, bəzi əşyaların psevdoholoqramlarını yaradır və zəngləri qəbul edir. Köməkçi hətta smartfonun kameraları vasitəsilə jestlərə və emosiyalara virtual üzlə reaksiya verir. Amma köməkçi ilə işləyərkən istifadəçi smartfonu cihazdan ayıra bilməz. Aurora layihəsinin əsas məqsədi virtual köməkçiylə daha real şəkildə əlaqə yaratmaqdır. Özü də bu cür köməkçidən istənilən smartfon markaları yararlana bilər.