• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1272
— 09.03.2018 11:01

Karbon sipərləri olan ilk avtomobil hazırlandı

Cenevrə avtomobil şousunda Bugatii Chiron – Sport adlı yeni modifikasiya sərgilənib. Maşın asmada dəyişiklik və karbon lif materialından sipər qazanıb. Plastik karbon fiberdən olan sipərlər və onların alüminium ucları adilərdən 1,4 kiloqram yüngüldür. O, dünyada seriyalı maşınlar arasında ilk dəfə tətbiq edilir. Hiperkar yüngül təkər diskləri, fərqli arxa şüşələr və eqzoz deflektorla təchiz olunub. Nəticədə avtomobilin çəkisi əvvəlkindən 18 kiloqram yüngülləşərək 1977 kiloqrama çatıb. Chiron Sportun standart Dynamic Handling Package paketinə öncəkindən 10 faiz sərt olan, yeni alqoritmlə işləyən adaptiv amortizatorlar və sükan idarəetməsi daxildir. Bunlarla yanaşı, hiperkar arxa differensial və təkərlər arasında dinamik təzyiq paylama sistemi də qazanıb. Tətbiq edilən dəyişikliklərdən sonra yeni maşın adi “Şiron”dan Nardo yarış testi göstəricisini 5 saniyə yaxşılaşdırıb. Bugatti Chiron Sport-un güc sistemində hər hansı dəyişiklik yoxdur. Bu, 1500 at güclü 8 litrlik W16 motorudur. Hiperkar yenə də ilk 100 km/saat sürəti 2,4 saniyəyə yığır. Maksimal sürətsə, saatda 420 kilometrdir. Bugatti Chiron Sport 2,65 milyon avroya satışa çıxarılıb. Bütün dəstlərlə birgə almaq istəsəniz o zaman 2,98 milyon avro ödənəmi olacaqsız.