• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1552
— 06.03.2018 16:01

Arıçılara veriləcək subsidiyalar yeni cinslərin yaranmasına da səbəb olacaq

KepezTV Player

Bu ildən hər arı pətəyinə görə 10 manat dövlət dəstəyinin göstərilməsi arıçılığa marağın artmasına və yeni cinslərin yaradılmasına səbəb olacaq. Azərbaycanda 5 minə yaxın arıçı 300 minə yaxın arı ailəsi saxlayırsa, mütəxəssislərin bundan sonra göstəricinin müsbətə doğru dəyişəcəyi qənaətindədirlər.

Goranboy Rayon Arıçılar Birliyinin sədri:“Bu yeşiyi açdıq. Bu arılar boz dağ qafqaz arılarıdır. Arının vəziyyəti ilk baxışdan yaxşı görsənir. Arıya qabaqlayıcı, stimullaşıdırcı, əldən düşməməsi üçün yem verilib. İllik xərcə köç, şan, müəyyən müalicəvi dərmanlar, yaz və payızda yemləmə daxildir”.

Bütün bu xərclər bir arı ailəsini saxlayan arıçı üçün 20-25 manata başa gəlir. Artıq bu məbləğin 10 manatı, 5 il ərzində dövlət tərfindən qarşılanacaq. Bu isə respublikada arıçılığın inkişaf etdirilməsinə böyük kömək olacaq. 

Araz Məmmədov arıçı:“Ağacların eləcə də digər otların tez çiçəkləklənməsi burada arıyı tez inkişaf edir. Arının burada gücünü artırdıqdan sonra biz dağa köç edirik. Bu günlərdə prezidentimizin verdiyi sərəncəm bizləri çox ruhllandırdı. Bizim köçdə çox xərcimiz çıxırdı. Bu subsidsiya bizi çox sevindirdi”.

Şirzadi Zeynalov arıçı:“Kömək yaxşı şeydi. Allah dövlətimizi var eləsin. Bu bizə böyük ruh verir. Bizdə təsərrüfatı daha da inkişaf etdirəcəyik”.

Arıların yem bazasının artırılması da arıçılıqda balın keyfiyyətinə təsir edən amil olaraq vacib saylır. Arıçıların bununla bağlı təkilfləri də var.

Şahrudə Kərimova Azərbayacan Arıçılar Assosiasiyasının Təftiş Komitəsinin üzvü:“Mən istərdim ki, dağ rayonların da biçənəklər vaxtından əvvəl biçilməsin. Aran və dağ rayonlarında cökə, akasiya ağacları əkilsin. Çünki çökə bir hektara 1 ton bal verir və həm də keyifiyyətli bal olur”.

Arı növlərinin respublikada itməməsi və yeni arı cinslərinin yaradılmasının da əhəmiyyəti böyükdür. 200 arı ailəsinin saxlandığı Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Arıçılıq Mərkəziində ilk dəfə olaraq türkiyəli mütəxəssislərin iştirakı ilə süni mayalanma yolu ilə 70 ana arı arlınaraq genofonda daxil edilib.

Allahverdi Seyidov Arıçılıq Mərkəzinin müdiri:“Arıçılığn inkişafı ilə əlaqədar olaraq 2015-2021 illər arası Dövlət Proqramı qəbul olunub. Burada 600 min arı ailəsinin və 9 min tona qədər bal istehsalı planlaşdırılıb. Bu il boz dağ qafqaz arı cinsində işlərimiz yekunlaşdıqdan sonra sarı qafqaz arısının təmiz qanlı arı anasının alınmasına start verəcəyik”.

Hazırda bir arı ailəsindən il ərzində 3-7 kq bal alnır. Statistik rəqəmlərə görə ötən il ölkədə 2 min ton bal istehsal olunub ki, bunun da 6 tonu xaricə satılıb.