• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 756
— 06.03.2018 16:00

Gəncədə “Novruz mühazirəsi” dinlənilib

KepezTV Player

Xaricdə təhsil siyasəti, milli kadrların hazırlanması, Xalq Maarif Nazirliyinin yaradılması, məktəblərin milliləşdirilməsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən vacib tədbirlərdən olub. Gəncədə “Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu ” mövzusunda növbəti “Novruz mühazirəsi”ndə bu işlərin bir hissəsinin müstəqilliyin Gəncə mərhələsində həyata keçirilməsi şərqin ilk demokratik respublikasının əhalinin savadlanmasına verdiyi töhfə olaraq qiymətləndirilib.

Azərbaycan Təhsil Nazirliyinin layihəsi olan “Novruz mühazirələrində” ictimaiyyət nümayəndələri ilə yanaşı, ölkənin ali məktəblərində təhsil alan  Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Çin və digər ölkələrdən tələbələr iştirak edir. Bu çərçivədə Gəncəyə gələn 30 əcnəbi əcnəbi tələbə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının və Hökümətinin 1918-ci ildə ilk fəaliyyət göstərdiyi ADAU-nun baş binası ilə tanış oldular. Onlara Xalq Cumhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi aylar ərzində qəbul olunan qərarlar barədə məlumat verilib, 100 illik tarixin əks olunduğu fotoşəkillər, qəzet materialları və sənədlər nümayiş olunub.

Hani Rustom  tələbə: Burada çox maraqlı fotolar və sənədlər var. Mən bu binada qəribə hisslər keçirdim. Düşünün, 100 il əvvəl Şərqin İlk Demokratik Respublikasının baniləri bu binada fəaliyyət göstəriblər və indi mən də buradayam. Çox qəribə hissdir və ryni zamanda da çox maraqlıdır.

Nailə Ağabalayeva tələbə : Mən burada təhsil aldığım və gələcəkdə də elə burada işləmək fikrində olduğum üçün Azərbaycanın tarixi ilə yaxından maraqlanıram. Gəncəyə gəlmək, 100 illik tarixinin ilk səhifələrinin yarzıldığı bu şhərədə olmaq qürurvericidir.

Alihan Türkmen tələbə: Mən Bakıda təhsil alıram, amma Gəncə mənim üçün hər zaman maraqlı olub. Bir az əvvəl dedilər ki, Gəncənin özünə xas abuhavası, öz aurası var. Bakı Azərbaycanın oaytaxtıdırsa, Gəncə ruhumuzun aytaxtıdır. Mən bununla tam razıyam.

Cümhuriyyət qurucularının həyatı, ictimai-siyasi fəaliyyətləri haqqında, ıAzərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyatı, mədəniyyətı, təhsili, hərbi quruculuğundan ətraflı söhbət açılıb.

Təhsil Nazirliyi “Novruz  mühazirələri”ni 2016-cı ildən keçirir və onlar Azərbaycanın tarixi, mədəniyyəti və adət ənənəsini əks etdirir. Bu ilin ilk “Novruz mühazirəzi” Şamaxıda dinlənilib.