KepezTV Player
Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Lalə Əmirəliyeva rayon Polis Şöbəsinə müraciət edərək, Təhsil Şöbəsinin nəzdindəki Uşaq Gənclər İdman Şahmat məktəbinin anbarından 10 ədəd kompüter dəstinin oğurlanması barədə məlumat verib. Zərdab rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədənin Zərdab şəhər sakini Emin Qasımov olduğu müəyyənləşdirilib. O, şübhəli şəxs qismində saxlanılıb. Oğurlanmış kompüterlər isə aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı istintaq aparılır.
- Baxış: 833