Almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi münasibətilə Almaniyanın ölkəmizdəki səfiriliyi Şəmkirdə müəllimlər üçün treyninq təşkil edib. 2 günlük kurslar alman dilinin daha mükəmməl mənimsənilməsinə xidmət edib. Almaniyanın tanınmış üniverstetlərinin alimləri tərəfindən təşkil edilən seminara bölgə üzrə bu dilin tədrisi ili məşğul olan müəllimlər qatılıb. Buna qədər sözügedən kurslar Şəkidə təşkil olunub. İlin sonunadək digər bölgələrdə də təkmilləşdirici təlimlərin keçirilməsi planlaşdırılır.
Hayke Merkel - Almaniyanın Azərbaycandakı səfriliyinin nümayəndəsi: Azərbaycanda alman dili müəllimlərinin bu dilə marağı çox böyükdür. Alman dilinin təkmilləşdirilməsi isə Almaniya səfirliyinin əsas vəzifələrindən biridir. Biz Almaniya səfirliyi olaraq Şəmkir şəhərində dəfələrlə olmuşuq. Burada alman izlərini və Şəmkirin gözəlliklərinə şahidlik etmişik. Bizim bu günkü səfərimizin əsas məqəsdi isə sırf iki gün ərzində alman dili müəllimləri üçün təlimlər təşkil etməkdir. Bu təlimlər üçün Almaniya və Avstraliyadan təlimçilər dəvət olunub.
Natiq Hüseyn
- Baxış: 1119