5 mart Bədən Tərbiyyəsi və İdman Günü münasibəti ilə Göygöl rayonunda müxtəlif idman növləri üzrə yeniyetmələr arasında açıq birincilik keçirilib. 100-dən çox idmançı kros yarışında qüvvəsini sınayıb. 3 km məsafəni ən tez qətt edən 3 idmançı mükafata layiq görülüb. Ardından rayon idmançılari ilə gənclər mərkəzində keçirilən görüşdə Göygöldə mütəmadi olaraq idmanla məşğul olan 3450 idmançı ötən il yerli və bəynəlxalq yarışlarda 23-ü qızıl olmaqla 81 medal qazanıblar. Voleybol üzrə Avropa çempionatının qrup mərhələsinin oyunlarının Göygöldə keçirilməsi yerli gənclərin bu idman növünə marağını artırıb. Tədbirdə yarışlarda uğur qazanan idmançılar fəxri fərman və qiymətli xatirə hədiyyələrlə makafatlandıırlıb.
Samuxda keçirilən tədbirdə də Tədbirin nəticə verən bir qrup idmançı rayon icra hakmimiyyəti tərəfindən diplom, medal və həvəsləndirici mükafata layiq görülüb. Ötən il müxtəlif respublika yarışlarında Samuxlu idmançılar 32 qızıl 25 gümüş və 22 bürünc medal qazanıb. Rayonun müxtəlif idman qruplarında 900-a yeniyetmə müxtəlif idman növləri ilə məşğul olur. Samuxda Olimpiya İdman Kompleksinin inşasını səbirsizliklə gözləyən gənclər hazırda mövcud məktəblərin idman zallarından yararlanırlar. Bədən Tərbiyyəsi və İdman Günü münsasibətilə cüdo, şahmat və tenis üzrə açıq rayon birinciliklərində 100-dən çox idmançı mübarizə aparıb.
Natiq Hüseyn
- Baxış: 977