• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 01.03.2018 13:40

Gəncədə cinayətkar dəstə zərərsizləşdirildi

KepezTV Player

Gəncədə soyğunçuluqla məşğul olan iki nəfər saxlanılıb. Polisin əməliyyat-axtarış tədbirləri ilə onların cinayətkar dəstənin üzvü olduqları üzə çıxıb. Biri qadın olmaqla, 5 nəfər qanunupozucusu müxtəlif vaxtlarda ayrı-ayrı evlərdən pul, qızıl və digər qiymətli əşyalar oğurlmaqda təqsirləndirilirlər.

Fevralın 26-da iki maskalı şəxs Mingəcevir sakini Bəhruz Mikayıllının Gəncənin Cavadxan qəsəbəsində kirayədə yaşadığı evə qanunsuz daxil olaraq oğurluğa cəhd edib. Cinayətkarlar kirayəşinin mənzilə qayıtdığını gördükdə, onu tapançaya bənzər əşya və bıçaqla hədələyərək, mobil telefonunu, gümüş üzüyünü soyğunçuluq yolu ilə ələ keçiriblər. Ancaq dırnaqarası qəhrəmanlar çox da uzağa qaça bilməyib. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunazidd hadisəni törətməkdə şübhəli bilinən Goranboy sakini Elxan Yaqubov və Tərtər sakini, əvvəllər məhkum olunmuş Adil Nuriyev saxlanılaraq istintaqa təhvil veriliblər. Şəxslərin digər cinayətləri də üzə çıxıb. Belə ki, onlar fevralın 5-dən 25-dək Goranboy sakini Eldar Qənbərov, Gəncə sakinləri Şaiq Hacıyev və Aytən Allahverdiyeva ilə əlbir olaraq Nizami rayonu ərazisindəki 3 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinirlər.

Nəsimi Vəliyev müstəntiq: “Aytən Allahverdfiyeva və Şaiq Hacıyev Gəncə şəhəri ərazisində evləri həmin şəxslərə göstərmiş, onlara oğurladıqları əmlakın gətirilməsində və satılmasında köməklik etmişlər. Onlarla birlikdə həm təşkilatçı, həm də iştirakçı olmuşlar”.

Cinayətkar dəstə üzvlərinin istifadə etdiyi tapançaya bənzər alışqan, 3 ədəd bıçaq, 1 ədəd ambır, 2 cüt əlcək, kəndir, habelə oğurladıqları mobil telefon maddi sübut kimi götürülüb.

Adil Nuriyev saxlanılan şəxs:“Hasardan keçmişik. Gündüz idi, evin çöl işığı yanırdı. Baxdıq, dedik ki, yəqin evdə adam olmaz. Sayğacı keçirdim, gördüm heç kim çıxmır. Hasardan içəri girdik”.

Elxan Yaqubov saxlanılan şəxs:“Girdik içəri, bir vaxt çığırdı ki, ev yiyəsi gəldi. Qaçdıq çölə, aynanı açdım, bıçaq da mənim əlimdə idi. Ev yiyələrini gördüm, bıçağı gizlətdim. Dedi bizə təslim olun. Sizi buraxacağıq gedin”.

Şaiq Hacıyev saxlanılan şəxs:“Başqa bir də Şəmkirə gediblər. Şəmkirin üç yolunda mənim maşınım qırılıb, mən qalmışam. Bir dəfə 30-40 manat qəpik veriblər. Bir dəfə 100 manat Adil, 50 manat da Elxan verib”.

Aytən Allahverdiyeva saxlanılan şəxs:“Evdə heç nə yoxdur. İki ədəd gül qabı, bir ləpə qabı, 6 dənə də bakaldır. Bir də iki ədəd televizordur. Dedilər ki, satın, bizə pul kimi verin. Mən də satıb pulunu vermişəm”.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Natiq Hüseyn