Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın böyük mütəffəkiri və şairi İmadəddin Nəsiminin xatirəsinə həsr olunan “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinə start verib. Müsabiqə iki turdan ibarətdir. Birinci turda rayon üzrə ən yaxşı qiraətçi seçilərək zona mərhələsində iştirak hüququ qazanacaq. Əsasnaməyə uyğun olaraq Samux rayon Mərkəzi Kitabxana Sistemində müsabiqənin rayon turu başa çatıb. İlk mərhələdə müxtəlif məktəbləri təmsil edən 18 şagird iştirak edib. Onlar şairin müxtəlif şerlərini səsləndiriblər. Qaliblər mədəniyyət işçilərindən ibarət münsiflər heyyəti tərəfindən 5 ballıq sistem üzrə qiymətləndirilib. 8-ci sinif şagirdi Şəlalə Vəliyeva Samuxu təmsil etmək hüququ qazanıb.
Şəhla Abdullayeva - Samux rayon Mərkəzi Kitabxana Sisteminin direktoru: Bizim əsas məqəsimiz şairlərimizi və onların şerlərini yada salmaq şagirlərin ədəbiyyata marağını artırmaqdır. Bu kimi müsabiqələr bizim kitabxanada ənənəvi olaraq keçirilir. Bu gündə həmin tədbilərin davamı olaraq növbəti müsabiqəmizi uğurla başa vurduq.
Natiq Hüseyn
- Baxış: 461