Canon şirkəti fotokameralar üçün süni intellektlə işləyən “ağıllı” ani işıq təqdim edib. Peşəkar fotoqrafların işini asanlaşdıracaq bu çıxarıla bilən qurğu xarici görünüşcə digər modellərdən fərqlənmir, hər şey 470EX-AI aparatının daxilində gizlənib. İntellektual rejimdə çəkərkən ani işıq avtomatik şəkildə obyektə qədər olan məsafəni və məkanın hündürlüyünü müəyyən edir, daha yaxşı mövqeni təyin edir. Quraşdırılmış motorlar isə onu seçilmiş nöqtəyə doğru istiqamətləndirir. Nəticədə fotoqraf daha işıqlı kadr tutur və anidən yaranan kölgələrdən yayına bilir. Ani işıq həm də yarıavtonom rejimdə işləmək gücündədir. Belə ki, qurğu fotoqrafa daha münasib vəziyyəti seçməyə imkan verir, daha sonra onu növbəti çəkilişlər üçün saxlayır. Canon Speedlite 470EX-AI-nin aprel ayından bazara çıxacağı deyilir. “Ağıllı” ani işığın dəyəri 399 dollardır.
- Baxış: 586