• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 850
— 27.02.2018 12:40

Maskalı şəxslər evə basqın etdilər

KepezTV Player

Gəncədə evə basqın edilib. Hadisə Cavadxan qəsəbəsində olub. Mingəçevirdən Gəncəyə işləmək üçün gələn, 20 yaşlı Əbruz Mikayıllı kirayə yaşadığı evə maskalı şəxslərin basqın etməsi barədə "102" xidmətinə məlumat verib. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları dərhal təxirəsalınmaz əməliyyat tədbirləri keçiriblər. Müəyyən olunub ki, həmin şəxslər Goranboy rayon sakinləri - 21 yaşlı Elxan Yaqubov və keçmiş məhkum 27 yaşlı Adil Nuriyevdir.Soyğunçular zərərsizləşdirilib, onlardan 1 ədəd “Makarov” tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq maddi sübut kimi götürülüb.Həmin şəxslərin basqın zamanı götürdükləri 1 ədəd mobil telefon və 1 ədəd gümüş üzük istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.