KepezTV Player
Daşkəsəndə qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən qətlə yetirilib. Hadisə rayonun Əhmədli kəndində baş verib. Kənd sakini 36 yaşlı Mahizər Cəfərova qeyri-rəsmi nikahda yaşadığı 40 yaşlı Qorxmaz Bəşirov tərəfindən başına küt alətlə vurularaq qətlə yetirilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması istiqamətində tədbirlərhəyata keçirilir. Məlumata görə, mərhum Mazhizər Cəfərova bir neçə il əvvəl rəsmi nikahda olduğu həyat yoldaşından boşanıb, bir oğlu və bir qızı var. Oğlu orta məktəbin 9-cu sinfində oxuyur, qızı isə ailəlidir, bir övladı var. Fakt bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
- Baxış: 698