Şəmkirdə müştərinin yaraladığı taksi sürücüsü ölüb. Artıq hadisənin bəzi təfərrüatlarıda məlumdur. İzləyək...
Fevralın 21-i axşam saatlarında Şəmkirin İrmaşlı kənd sakini 25 yaşlı Ayvaz İsgəndərov rayon mərkəzində taksi faəliyyəti ilə məşğul olan 64 yaşlı Arif Yusifovun avtomobilinə əyləşərək onu yaşadığı kəndə aparmasını xahiş edib. Qarşılıqlı razılıqdan sonra taksi sürücüsü müştərini deyilən ünvana çatdırıb. Ancaq mənzil başına çatdıqdan sonra tərəflər arasında pul üstündə mübahisə yaranıb. Müştəri sürücüyə bədənin baş nahiyyəsindən müxtəlif xəsarətlər yetirib. Yaralı sürücü ətrafdakıların köməkliyi ilə Şəmkir Mərkəzi Xəstəxanasına aparılıb. Göstərilən yardımlara baxmayaraq Arif Yusifov ötən gün xəstəxanada dünyasını dəyişib. Şəmkir rayon prokuroluğundan verilən məlumata görə həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətmədkə şübhəli bilinən Ayvaz İsgəndərov saxlanılıb.
Rəcəb Hacıyev - Şəmkir rayon prokurorluğunun böyük müstəntiqi: Arif Yusifov aldığı xəsarətlərdən 22 fevral 2018 ci ildə xəstəxanada dünyasını dəyişdiyindən cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilib. Cinayəti törətməkdə əsaslı şübhələr olduğundan İsgəndərov Ayvaz İsmayıl oğlu şübhəli şəxs qismində tutularaq dindirilməsi təmine dilib. Hazırda istintaq davam etdirilir.
Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Natiq Hüseyn
- Baxış: 1403