![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/renault_24.jpg?itok=ddSaDKBc)
Renault rəsmiləri Hindistan bazarı üçün yığcam Kwid heçbekini sərgiləyiblər. Marvel komiksinin super qəhrəmanlarına həsr olunmuş maşında Dəmir adam və Kapitan Amerika stilində Super Hero Edition əlavəsi gözə dəyir. Toni Stark pərəstişkarları üçün nəzərdə tutulmuş heçbek qırmızı və qızılı rəngdədir. Arxa qapıların aşağı hissəsində “Dözümlü” sözü yazılıb. Baqaj qapısında isə digər sxematik reaktor var. Kapitan Amerikaya həsr edilmiş Renault Kwid isə ABŞ bayrağı kimi rənglənib. Avtomobilin kapotunda superqəhrəmanın qalxanı çəkilib. Hər iki variantın interyerində detallar fərqli şəkildə rənglənib. Yığcam Renault Kwid 2015-ci ildə debüt edib.
- Baxış: 584