Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxtın Xətai rayonu ərazisində yerləşən çay evlərindən birində onlayn yolla kazino oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qeyd edilən obyekt nəzarətə götürülüb və toplanan materiallar əsasında iddia təsdiqini tapıb. Onlayn kazino təşkil etməkdə şübhəli bilinən Şəki sakini Midhəd Əhmədov, Lənkəran sakini Tehran Seyfullayev və Yevlax sakini Rövşən Səlimov polis əməkdaşları tərəfindən saxlanılıblar. Həmçinin obyektdə qumar oynayan şəxslər də müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İaşə obyektindən elektron avadanlıqlar, kuponlar, pul vəsaitləri, eləcə də iş üçün maraq kəsb edən digər maddi sübutlar götürülüb.
Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 1764