• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1977
— 16.02.2018 10:02

Kiadan Hyundai Creta üçün rəqib

Kia şirkəti Hindistanda keçirilən AutoExpo sərgisində SP adlı konseptual krossoverini ictimaiyyətə göstərib. Kütləvi istehsalına 2019-cu ildə başlanacaq prototip Hyundai Creta ilə rəqabət aparmalı olacaq. Heç bir texniki informasiya məlum deyil. Yerli KİV ehtimal edir ki, maşın elə rəqibi “Kreta”nın bazasında yığılıb. Müqayisə etsək aydın olar ki, Hindistan bazarında Hyundai Creta 3 motorla təklif edilir: 1,6 və 1,4 litrlik 128 və 90 at güclü dizel, həmçinin 1,6 litrlik 123 at güclü benzin mühərrik. Creta modelinin Hindistanda dəyəri 15 min dollara yaxındır.