• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 927
— 08.02.2018 10:46

Mars planetinə göndəriləcək ilk avtomobil məlum oldu

İlon Mask tərəfindən əsası qoyulan SpaceX aerokosmik Amerika şirkəti, çox ağır Falcon Heavy raket daşıyıcısını ilk dəfə kosmosa çıxarmağı planlaşdırır. O indiki dövrdə istismar olunan ən güclü raket olacaq. Şirkət buraxılışa aid animasiya videosu hazırlayıb. Burada yeni raketin uçuş mərhələləri nümayiş elətdirilir. Falcon Heavy hazırda istifadə olunan Falcon 9 raketinin bazasında yığılıb. Bəyan edilən xarakteristikaya görə, Falcon Heavy Yer kürəsinin orbitinə 64 ton yük çıxarmaq qabiliyyətindədir. Mars planetinə isə o, 16,8 ton yük çatdırmaq gücündədir. Raketin ilk mərhələsi iki yan sürətləniricilərin birləşməsindən ibarətdir. Birinci buraxılışda şirkət ilk mərhələdəki hər üç hissəni geri qaytarmağı hədəfləyib: yan sürətləndiricilər kosmodroma eniş etməli, mərkəzi hissə isə Atlantik okeanında gözləyən platformaya düşməlidir. Raketdə faydalı yük kimi İlon Maska məxsus Tesla Roadster avtomobili çıxış edəcək. Videodan aydın olur ki, sükan arxasında skafandr geyindirilmiş maneken əyləşib. Güman edilir ki, avtomobil Yerdən 400 milyon kilometr uzaqlaşacaq. Amma nə maşın, nə də onun sərnişinin Mars planetinə çatacağı bildirilir.