Ürək-damar xəstəlikləri artmaqla bərabər cavanlaşır. Xəstəliklərin səbəb olduğu ölüm hallarında da artım var. Kardioloqlar ürəkdə yarana biləcək problemin ilkin əlamətlərini də açıqlayır.
Faxrəddin Namazov - Gəncə şəhər Kardiololoji Xəstəxanasının baş həkimi – “İnsanlar yeriyərkən sinəsində, sol qolunda, ürək nahiyyəsində ağrı hiss edirsə bu birinci əlamətdi. Bu isə o deməkdir ki, ürəyin hansısa damarında tutqunluq var”.
Bu cür əlamətləri hiss edənlər mütləq həkimə müraciət etməlidir. Bunun səbəbi aydınlaşdırılıb, diaqnoz dəqiqləşdirilməli və vaxtında müalicəsi aparılmalıdır. Əks halda ürək əzələsi zədələnir və infakt baş verir. Ötən il Gəncədə xəstəxanaya müraciət edən 2198 nəfərdən 550-nə kəskin infakt diaqnozu qoyulub.
Faxrəddin Namazov - Gəncə şəhər Kardiololoji Xəstəxanasının baş həkimi – “Xəstələr vaxtında müraciət etmir, ağırlaşanda gəlir. Biz axır stastik rəqəmləri götürürük reanimasiyaya daxil olan xəstələrin 70-80 faizi ağırlaşma ilə gəlir. Sadə dildə desək ölümcül vəziyyətdə gəlir, onlara da vaxtında kömək etmək bəzi hallarda mümkün olmur”.
Bunun nəticəsi olaraq ötən il ürək xəstəliyindən əziyyət çəkənlərdən 24 nəfəri dünyasını dəyişib. Bu 2016-cı illə müqayisədə 4 nəfər çoxdur. Həkimlər profilaktik müayinələrdən keçməyi, təyin olunan diaqnoz üzrə müalicənin tam aparılmasını məsləhət görür.
İlqar Əliyev sakin – “Yanvarın 31-dən burdayam. Müayinə üçün gəlmişdim. O da dedilər ki, burda qalmalısan mülaicə olunmalısan. Şükür indi yaxşıyam”.
Pəri Abbasova sakin – “Gəlmişəm həkimə, müayinə edirlər sağ olsunlar həkimlər. Təzyiqim, qanımda laxtalanma, xalistilinim var. Hamısınada əlac edirlər”.
Kardioloqlar həyacan təbili də çalır: Ürək xəstəyindən şikayət edənlər daha çox cavanlardır.
Faxrəddin Namazov Gəncə şəhər Kardiololoji Xəstəxanasının baş həkimi -“Cavanlaşmaya daha çox rast gəlirik. 25, 29 eləcə də 35 yaşında infaktlar olur. Bunun səbəbini streslərdə, son zamanlar cavanların spirtli içkilərə alışmasında, siqaretin erkən yaşından çəkməsində, idmanla məşğul olmamalarında, düzgün qidalanmamaqda görürəm. Bunların hamısı təsir edir və axırda ürək xəstəliklərinə gətirib çıxarır. Biz bunu fakt kimi deyə bilərik”.
90 çarpayılıq Gəncə şəhər Kardiololoji Xəstəxanası qərb bölgəsinin əhalisinə xidmət edir.
Elnur Vahidoğlu
- Baxış: 877