Ötən il Göygöldə sənayedə 1,8, kənd təsərrüfatında isə 2,5 dəfə artım müşahidə olunub, əsas kaptala 40 milyon manata yaxın investisya qoyulub. 2017-ci ilin yekunlarının müzakirə edildiyi hesabat yığıncağında il ərzində 38 sahibkara verilən 409 min manat güzəştli kredit hesabına 837-si daimi olmaqla 1000-ə yaxın yeni iş yeri yaradıldığı diqqətə çatdırılıb. Bu iş yerlərindən orta aylıq əmək haqqı isə 306 manat olub. İclasda rayonda həyata keçirilən tikinti quruculuq işlərindən söz açılaraq almanlar tərəindən salınan küçələrin yeni görkən aldığı vurğulanıb. Bu istiqamətdə tədbirlərin davam etdirildiyi önə çəkilib. Toplantıda görülən işlər zamanı yol verilən nöqsanlar da təhlil edilib, aidiyyatı sturuktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Natiq Hüseyn
- Baxış: 688