• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 713
— 06.02.2018 15:58

Xaşın faydaları varmı ?

KepezTV Player

Xaşla bağlı, onun faydaları ilə bağlı müxtəlif rəvayətlər, fikirlər var. Məsələn deyirlər ki, xaş sümüklərdə travmatik yaralardan sonra müalicə effektini artırır.

Lalə Əliyeva  Xaş hazırlayan:Yaxşı xaş, dörd hissəyə bölünəndən sonra verilir aşpaza. Aşpaz onu qoyur ilıq suyun içinə. Yarım saat o orda qaynayır. Daha sonra qanlı suyu tökürük, bir də yarım saat onu qaynadırıq. Daha sonra qan təmizlənir və onu isti suya salıram, daha sonra onu taxtanın üstündə qazıyıram. Hər bir yerində nəyi varsa, təmizləyirəm. Daha sonra üç dəfə suda saxlayıram təmiz olana kimi. Sonra onu suya çəkib, qoyuram qazana bişməyə. Xaşı gəncəlilər sarımsaq və alma sirkəsi ilə yeyirlər. Ağır xəstələrə həkim xaş məsləhət görür, sistem əvəzidir.

Qoşqar Məhərrəmov Həkim:Faydali olmasa da, yəni o qədər də bir zərəri də yoxdur. İnsanlar rahatlıqla qəbul eliyə bilərlər. Bu qidanı qəbul etdiyi zaman insanlarımız ehtiyyatlı olmalıdır. Amma bütövlükdə onun tərkibində elə bir kalsi yoxdur. Təbii ki, bir insan travma aldıqda, uzun müddət yataq rejminə məcbur olduğu üçün qida rasionundan uzaqlaşdığı üçün və bu halda yüksək kalorili qida məhsulu üçün, bəli belə hallarda xaş məsləhət görülə bilər.

Xaş ən qidalı yeməklərdən biridir. Çox adam qışda ən azı bir dəfə xaş yeməyi özünə borc bilir. Amma araşdırmamızdan da bəlli oldu ki, bu yeməyin həvəskarları bir qədər ehtiyatlı olmalıdırlar. Hər halda mütəxəssislə məsləhətləşsək pis olmaz. Əgər sağlamlığınız imkan verirsə... nuş olsun!