• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1345
— 30.01.2018 15:41

Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı uğurla davam edir

KepezTV Player

11-ci gündə açıqlanan rəqəmlərə görə, indiyədək PYD və YPG-nin 600-dən çox terrorçusu məhv edilib. Türkiyənin Gəncədəki baş konsulu Orhan İşık ARB-yə əməliyyatı zəruri edən səbəblər, məqsədlər, Ankaranın növbəti mərhələlərdə terrorizmlə mübarizə istiqamətində hədəfləri barədə suallarını cavablandırıb.

911 kilometrlik məsafə ilə Suriya Türkiyəyə ən böyük həmsərhəd ölkədir. İlk növbədə elə bu faktor Ankaranın Suriyada baş verənlərə nəzarət etməsini şərtləndirir. Türkiyənin Gəncədəki Baş konsulu Orhan İşıkın sözlərinə görə, bəzi ölkələrin Suriyadakı terrorla mübarizədə beynəlxalq maraqları ola bilər, amma bu, Ankara üçün “var olmaq” məsələsidir. Suriya problemi, eyni zamanda, terroru kimlərin bəslədiyini, Türkiyəni ölkə daxilində terrorla mübarizəyə vadar vedənləri aydın şəkildə ortaya qoydu.

Orhan İşık Türkiyənin Gəncədəki baş konsulu: Heç kim artıq ikiüzlü davranmasın. Suriyadakı ərəb, kürd, türmənlər olan, münaqişədən əziyyət çəkən məsum insanların arxasında gizlənərək, onları sipər edərək, başımıza terror bəlası açanların kimliyini açıq şəkildə görmək imkanı var. Bu günlərdə həm dostumuzu, həm də düşmənimizi daha yaxşı tanımış olduq.

Orhan İşık deyir ki, terrorizmlə mübarizədə gələcək əməkdaşlığın müzakirə olunacağı masaya əyləşmək üçün Türkiyə bəzi məsələlərin həllini gözləyəcək. Bura ilk növbədə müttəfiqlərin etimadı daxildir. Ən başlıcası isə 15 iyun hadisələrinin təşkilatçısı olan FETÖ-nün himayə edilməsindən vaz keçilməlidir. Bundan əlavə, Türkiyə ölkə daxilində münaqişə yaradanların silahlandırılmasının dayandırılması ilə yanaşı, verilən silahların da geri alınmasını gözləyir. Yalnız bundan sonra, görüləcək işləri birgə müzakirə etmək mümkündür.

Orhan İşık Türkiyənin Gəncədəki baş konsulu: Sərhədin böyük bir hissəsində Amerikanın silahlandırdığı, Qərbin həm canlı qüvvə, həm də maddi dəstək göstərdiyi bir terror qruplaşması var. Bunun müqabilində Türkiyənin həyata keçirdiyi əməliyyat xalqın da razılığını qazanıb. Biz bunu həm Türkiyənin, həm də bölgənin istiqlal və istiqbalı üçün zəruri olaraq görürük. Və problemlərin bölgə xalqının xeyrinə, kənardan müdaxilə edilmədən həll olunmasını istəyirik.

Gələcəkdə də zərurət yarandığı təqdirdə Türkiyə yenə də beynəlxlaq hüquq çərçivəsində öz sərhədlərinin təhlükəsizliyini təmin edəcək. “Zeytun budağı” əməliyyatı isə, yalnız Türkiyənin sərhədlərinin təhlüksəziliyini təmin etmək məqsədi daşımır. Bu əməliyyat eyni zamanda, həm hazırda orada yaşayan, həm də ölkədən çıxmaq məcburiyyətində qalan suriyalıların gələcək taleyi üçün aparılır. “Zeytun budağı” əməliyyatı eləcə də Türkiyənin üzvü olduğu NATO-nun sərhədlərindəki təhlükənin aradan qaldırılması deməkdir.