Maks Plank adına intellektual sistemlər İnstitutunun araşdırmaçıları maqnit sahəsi ilə idarə olunan və əşyaları tuta bilən miniatür robot düzəldiblər. Yumşaq robot özündə düzbucaqlı zolağı birləşdirir, onun uzunluğu 3 santimetrə yaxındır. Tərkibində neodium, dəmir və bor olan maqnit hissəcikli silikon elastomerdən hazırlanıb. Maqnitləşmə heç də zolağın hər yerinə bərabər şəkildə bölünməyib və xarici maqnit sahəsində o, əyilməyə başlayır. Sadə görünüşünə baxmayaraq, robot sərt səth üzərində yerdəyişə bilir, üzmək və dar borularda hərəkət etmək qabiliyyətinə malikdir. Bundan başqa o, tullanmağı və əşyaları götürməyi də bacarır. Hələlik alimlər kiçik robotu qeyri-nyuton mayeləri çərçivəsində istifadə etməyi planlaşdırırlar. Daha miniatür robot hazırlamaq da nəzərdə tutulur. Hansı onlardan canlı orqanizmlərin içərisində tədqiqatlar aparmaq üçün yararlanmaq mümkün olacaq.
- Baxış: 646