Yamaha şirkəti özünün ilk modeli olan, 1950-ci illərin ortalarında çıxan YA-1 motosikletinin nümunəsini pulsuz təklif edir. Amma bunun üçün nəqliyyat vasitəsini kağızdan yığmaq lazımdır. Yenilik Yamaha markasının kağızdan düzəldilən 5-ci model nümunəsidir. Kağız motosikletinin uzunluğu 49,5 santimetr, hündürlüyü 29,3 millimetrdir. Modeli ortaya çıxarmaq üçün A4 kağızından 40 səhifə motosikletin detalları üçün, daha 50 səhifə isə ətraflı təlimat üçün lazımdır. Motosiklet bir neçə variantda təklif olunur: rəngli və rəngsiz, daha sadə yığılma və daha qəliz Special Edition versiyası. Kağız motosikletini Yamahanın rəsmi saytından yükləmək mümkündür.
- Baxış: 800